1 yaşlı qızını damdan atan kişi cəzasız qaldı – FOTO

0
203

Etiraz əlaməti olaraq qızını damdan atan kişi azadlıqdadır.

Terefsiz.az xəbər verir ki, kişi qızını damdan atmaqla ona yaxınlaşan polisləri qorxutmaq istəyib.

Hadisə ötən ilin aprel ayında Cənubi Afrikada, Kvadvesidə baş verib.

Evlərin sökülməsinə etiraz əlaməti olaraq 1 yaşlı qızını damdan atan 37 yaşlı kişi yüngül cəza aldıqdan sonra sərbəst buraxılıb.

Polislərin çevikliyi sayəsində uşağı havada tutmaq mümkün olub.

Onun qısa müddətdə azadlığa çıxması narazılıqlara səbəb olub.

Terefsiz.az