Spor Toto Super Liqasının 27-ci həftəsində keçirilən derbi matçında “Beşiktaş” “Fənərbaxça”nı 4:2 hesabı ilə məğlub edib. Beşiktaşda ikinci hissədə oyuna daxil olan Nathan Redmond 3 məhsuldar ötürmə və 1 qolla derbiyə damğasını vurub.
“Fənərbaxça” – “Beşiktaş” matçında həyəcan fırtınası yaşanıb. Gərginlik və tempin yüksək olduğu ilk hissədə Valensiyanın yeganə qolu ilə Fənərbaxça soyunub-geyinmə otağına 1-0 önə keçdi. 51-də Velinton qırmızıya atıldı, bu dəfə Valensiya penaltini qaçırdı. 10 nəfər qalaraq yuxudan oyanan Beşiktaş, Kadıköydə 58 və 62-də Cenk Tosun, 75-də Nathan Redmond və 90+1-də Aboubakarın qolları ilə Kadıköydə 4-2 qalib gələrək həm yarışı davam etdirərək, həm də Kanaryanı vurdu.