14 yaşlı ana yeni dünyaya gətirdiyi körpəsini zibilliyə atdı

0
256

Türkiyənin Ədirnə şəhərində zibil konteynerinə atılmış çanta içərisində yeni doğulmuş qız uşağı tapılıb. Polisin araşdırması nəticəsində körpənin anasının evdə dünyaya uşaq gətirən 14 yaşlı A.A. olduğu müəyyən edilib. Ana və körpəsi müayinə üçün xəstəxanaya yerləşdiriliblər.

Şübhəli hadisəni Nəbahət Gümüş adlı Ədirnə sakini görüb. O, pəncərədən baxarkən bir qadının əlindəki çantanı zibil konteynerinə atdığını görüb, daha sonra həmin konteynerdən körpəyə məxsus ağlama səsi gəlib.

N.Gümüş zibil konteynerindəki çantaya baxanda orada yeni doğulmuş qız uşağını görür. Hadisə yerinə dərhal təcili tibbi yardım və polis əməkdaşları gəlir.

Polislər körpəni dünyaya gətirmiş 14 yaşlı qızı tapanda o, qorxu içində olub.

Polis hazırda körpənin atasının kimliyini müəyyənləşdirir.

istinad:oxu.az