14 yaşlı qızı liftdə tək gördü, şalvarını çıxardı və… – Bakıda ŞOK

0
197

Bakıda yetkinlik yaşına çatmayan qıza qarşı təcavüz etməkdə və narkotik vasitələrin qanunsuz istifadəsində təqsirli bilinən Quba rayon sakini Ruslan Əmrahovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Terefsiz.az xəbər verir ki, Ruslan Əmrahov 29 may 2018-ci ildə, saat 16 radələrində Xətai rayonunda binalardan birinin girişində yerləşən liftdə 2004-cü il təvəllüdlü Ləman Məmmədovaya (cinayət işində adı keçən şəxslərin ad və soyadları şərti verilib – red.) qarşı zor tətbiq edib. Ona qarşı əxlaqsız hərəkətlər göstərib.

Azyaşlıya əxlaqsızlıq etdi, narkotiklə tutuldu

Azyaşlıya qarşı əxlaqsız hərəkətlər göstərən Ruslan Əmrahovdan narkotik vasitə aşkar olub. Ondan satış məqsədilə xalis çəkisi 2,106 qram təşkil edən külli miqdarda kustar üsulla hazırlanmış narkotik vasitə heroin əldə edib və özündə saxladığı müəyyən olunub.

İyulun 2-də həbs olunan Ruslan Əmrahov Xətai rayon Polis İdarəsinin 34-cü polis şöbəsinə gətirilib və ondan narkotik vasitə olan heroin aşkar olunaraq götürülüb.

“Dolanışığımız çətin olduğu üçün Bakıya köçdük”

İstintaq orqanı tərəfindən Ruslan Əmrahovun barəsində Cinayət Məcəlləsinin 153.1-ci (on altı yaşına çatmayan şəxsə qarşı zor tətbiq etmədən əxlaqsız hərəkətlər törətmə) və 234.4.3-cü (qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma) maddələri ilə ittiham elan edilib.

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Ruslan Əmrahov dolanışıq çətin olduğundan 2014-2015-ci ildə anası Sevil və qardaşı Seymur ilə birlikdə yaşadığı Quba rayonundan Bakı şəhərinə köçüblər: “Bakıda müxtəlif ünvanlarda kirayə qalmışıq. Son dövrlərdə xalam Kəmalənin Sabunçu rayonunun Balaxanı qəsəbəsindəki bağ evində məskunlaşmışıq”.

“Qızla tanış olmaq istədim”

Ruslan Əmrahovun sözlərinə görə, təxminən beş ay Xətai rayonunda gips zavodundakı tikintisi aparılan yerdə fəhlə işləyib: “Anam isə uşaq bağçalarından birində şirniyyatçi işləyib, qardaşım isə məktəbli olub. Mayın 29-da hava möhkəm küləkli olduğuna görə iş yerindən bizi tez evə buraxdılar. Mən də işdən çıxdıqdan sonra Xətai rayuonunda metrolardan birinin yanına gəldim. Orada gəzişməklə hansısa bir qızla tanış olmaq istədim”.

“Ehtiraslanaraq şalvarımı soyundum”

Təqsirləndirilən şəxs qeyd edib ki, həmin gün saat 16 radələrində binaların arası ilə küçə ilə gedərkən, 15-16 yaşlarında bir qızın, adı istintaqda ona məlum olan Ləmanın getdiyini görüb: “Ləmanı bəyəndiyim üçün onun dalınca düşdüm. Qızın moyka tərəfindəki doqquz mərtəbəli evin daxil olduğu bloka arxasınca liftə girdim. İçəridə ehtiraslanaraq özümdə gözlənilmədən Ləmanın gözü qarşısında şalvarımı soyundum. Cinsi orqanını çıxardaraq oynatdım. Amma Ləmana qarşı heç bir zorakılıq hərəkəti etməmişəm”.

Ruslan Əmrahov bildirib ki, lift açılan kimi qız mənzilin biri tərəfə qaçaraq qapını döyüb: “Mən isə yaxalanmağımdan qorxduğumdan sürətlə pilləkənlərlə aşağı endim və oradan uzaqlaşdım. Əməlimdən peşmanam, əvvəllər belə işlərlə məşğul olmamışam”.

“Narkotiklə bağlı ittihamı qəbul etmirəm”

Ruslan Əmrahovun sözlərinə görə, iyunun 2-də, saat 19.30-da metronun yanında olarkən üç nəfər polis əməkdaşı ona yaxınlaşıb və onu 34-cü polis şöbəsinə gətiriblər: “İdarədə iki nəfər hal şahidinin və vəkilin iştirakı ilə üzərimə baxış keçirildi. Cibimdən metro kartı, pul, alışqan və siqaretin folqası çıxdı. Polis işçisi folqanı açdıqda içərisində toz şəklində sarımtıl rəngli maddə oldu. Nə olduğunu soruşulanda, mənə məxsus olmadığı cavabını verdim. Narkotikin istifadəçisi və satanı deyiləm. Kiçik yaşlarımdan atasız böyüyərək fəhlə işləmişəm. Əziyyətlə pul qazanmışam. Narkotiklə bağlı ittihamı qəbul etmirəm”.

“Mənə ayıb yerini göstərdi”

Cinayət işi üzrə zərərçəkmiş şəxs qismində ifadə verən Ləman Məmmədova bildirib ki, İmişli rayonunda anadan olsa da, anası və qardaşı ilə birlikdə artıq altı ildir Bakıda kirayə yaşayır: “Atam Rusiyanın Rostov şəhərində bazarda işləyir. Bakı şəhəri Xətai rayonundakı orta məktəbin 10-cu sinfində oxuyuram. Mayın 29-da, saat 16 radələrində riyaziyyatdan fərdi hazırlıqdan çıxandan sonra tək evə gələrkən daxil olduğum blokun liftinə dalımca adı sonradan mənə məlum olan Ruslan girdi. Lift hərəkətə başlayanda oğlan birdən-birə şalvarını soyundu, mənə ayıb yerini göstərdi, sonra oynatmağa başladı. Mənə qarşı zorakılıq hərəkətləri etmədi. Onun hərəkətlərindən utandım, başımı aşağı saldım. Ruslan mənə dedi ki, qorxmayım, mənimlə heç bir işi yoxdur. Lift açılan kimi dərhal qaça-qaça evə çatdım, qapını döydüm. Oğlan sürətlə piləkəni aşağı düşərək, oradan uzaqlaşdı. Hazırda onunla barışmışam, şikayətim yoxdur”.

2 il cəza

Bu cinayət işi Bakı Ağır Cinayətlər Məhkəməsində araşdırılıb və hökm elan edilib. Hökmə əsasən, Ruslan Əmrahovun ittiham olunduğu Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi həmin məcəllənin 234.1-ci (satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma) maddəsinə tövsif edilib.

Məhkəmə Ruslan Əmrahovu Cinayət Məcəlləsinin 153.1-ci və 234.1-ci maddələri ilə təqsirli bilib. O, 2 il müddətinə azadlıqdan məhrum edilib.

Şikayətçi oldu, cəzadan azad edilmədi

Hökmdən narazı qalan Ruslan Əmrahov apelyasiya şikayəti verib. O, Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ona bəraət verilməsini, digər ittiham üzrə təqsirli bilinməsini, amma həbsdə olamayan cəza növünün təyin olunmasını istəyib.

Ruslan Əmrahovun şikayəti araşdırılması üçün Bakı Apelyasiya Məhkəməsinə göndərilib. Şikayət hakim İlqar Murquzovun sədrlik etdiyi kollegiyada araşdırılıb.

Apelyasiya şikayətinin dəlillərini araşdıran hakim heyəti sonda qərar elan edib. Qərara görə, Ruslan Əmrahovun şikayəti təmin olunmayıb.

İstinad: Publika.az

Terefsiz.az