14 yaşlı şahmatçımız dünya çempionu oldu

0
182

Azərbaycanın yeniyetmə şahmatçısı Aydın Süleymanlı dünya çempionu adını qazanıb.

Terefsiz.az xəbər verir ki, o, Hindistanın Mumbay şəhərində keçirilən çempionatda 14 yaşlıların yarışında birinci olub.

Süleymanlı 11 oyunun 7-də qələbə qazanıb, 4-də isə heç-heçə edib. Ümumilikdə 9 xal toplayan həmyerlimiz bütün rəqibərini üstələyib.

Qeyd edək ki, Aydın Süleymanlı 2017-ci ildə Rumıniyanın Mamaya şəhərində 12 yaşlı oğlanlar arasındakı Avropa çempionatının da qalibi olub.