14 yaşlı əmisi ilə bibisinin eşq yaşadığını görən AZYAŞLI ÖLDÜRÜLDÜ

0
149

Türkiyənin Girəsun şəhərində ailəsi tərəfindən öldürüldüyü iddia edilən 7 yaşlı qızın cəsədi üzərində tibbi ekspertiza işləri yekunlaşıb.

Terefsiz.az unikal.org-a istinadən bildirir ki, keçən ilin yayında bağçada otlayan heyvanlara baxmağa gedən azyaşlı İkranur yoxa çıxıb.  Bundan 3  üç gün sonra isə evlərinin yaxınlığında qızcığazın cansız bədəni aşkar edilib.

Polis hadisəni istintaqa cəlb edib. 8 aya davam edən istintaqdan sonra azyaşlının ölümünə səbəb 14 yaşlı əmisi olduğu aşkar edilib. Əmisi Sinan Tirsi cinayəti törətdiyini etiraf edib.

Belə ki, Sinan Tirsi  25 yaşlı bacısı ilə gizli eşq yaşayıb.  7 yaşlı İkranur  isə bunun təsadüfən şahidi  olub. Sinan qardaşı qızını hadisəni gördüyünə görə döyüb. Ağlamağa başlayan  İkranuru susdurmaq üçün isə boğaraq öldürüb. Qətl törədən əmi eşq yaşadığı bacısı ilə İkranuru evlərinin yaxınlığındakı dərəyə atıblar.  Polislərə dəfələrlə ifadə verən əmi və bibi uzun müddət hadisəni gizlətməyi bacarıblar. Türkiyədə gündəmə səbəb olan cinayət “bacı-qardaş” həbs olunub.