15 yaşında qatil manyakın əlindən qaçan qız xilas yollarını açıqladı ( VİDEO – FOTO )

0
209

TEREFSİZ.AZ saytı xəbər verir ki, 15 yaşlı amerikalı yeniyetmə manyakın əlində ölməkdən son anda qurtulub. Hazırda o, “TikTok”da hesab açıb və başqalarına psixoloji travmalarla bağlı tövsiyələrini verir.

Bu barədə 360TV xəbər yayıb.

Məlumata görə, Kara Robinson Çemberleyn 2002-ci ildə manyak  tərəfindən qaçırılıb. O, qatilin əsirliyində 18 saat keçirib. Bu müddət ərzində yeniyetmə dəfələrlə təcavüzə məruz qalıb. Sonra qız manyakın yatmasından istifadə edərək onun əlindən qurtulub. Onun bəxti gətirib, yaxınlıqdan maşın keçib. Sürücü onu dərhal polis idarəsinə aparıb.

Sonradan məlum olub ki, Çemberleynə dəfələrlə təcavüz edən kişi seriyalı qatil Riçard Evonitsdir. O, Virciniyada üç nəfəri qətlə yetirib.

Çemberleyn qaçandan sonra manyak da gizlənmək məcburiyyətində qalıb. Polislər bir müddətdən sonra onu tapır, lakin qatil saxlanılarkən intihar edir.

Çemberleyn baş verənlərin öhdəsindən gəlməyi bacarıb. O, uzun müddət polis idarəsində işləyib, təcavüz hadisələrinin təhqiqatında iştirak edib. Hazırda onun iki qızı var və sosial şəbəkədə bloq yaradıb. Orada Çemberleyn psixoloji problemləri necə dəf etdiyini danışır.

Karanın əsarətdən necə qurtulmağı barədə rolikə 45 mindən artıq baxılıb. Onun sözlərinə görə, hər şey qandalların tipindən asılıdır: qızın bəxti gətirib, qandallar biləyinə bərk bağlanmadığından əlini çıxa bilib.

“Pis hadisələr baş verir, ancaq bu dünyanın sonu deyil. Bizim seçimimiz var – ya olanlar bizi məhv edəcək, ya da daha güclü edəcək”, – deyə Çemberleyn bildirib.

İstinad: oxu.az