16 yaşında “Liverpul”un tarixinə düşdü.

0
179

İngiltərə Liqa Kubokunun 1/16 finalında “Milton-Kins Dons”la keçirilən oyun “Liverpul”un yarımmüdafiəçisi Harvi Elliot üçün əlamətdar olub.

Terefsiz.az saytı xəbər verir ki, o, yeni rekorda imza atıb. Gənc futbolçu 16 yaş 174 günlüyündə meydana çıxıb.

Bununla da Elliot start heyətində yer alan ən gənc “Liverpul”lu kimi tarixə düşüb. İngiltərəli futbolçu həm də “qırmızılar”ın ən gənc ikinci oyunçusu olub. Bu rekord isə 2012-ci ildə 16 yaş 6 günlüyündə “Vest Bromviç”lə qarşılaşmada iştirak edən Jerom Sinkleyrə məxsusdur.

Qeyd edək ki, Elliot “Liverpul”a bu yay “Fulhem”dən keçib.

Terefsiz.az