İmtahanda az bal topladığı üçün ailəsi tərəfindən ciddi psixoloji şiddət görən qız,bu davranışlara dözə bilməyərək öz həyatına qəsd edib.
“Terefsiz.az” xəbər verir ki,sosial şəbəkələrdə 17 yaşı olan gənc abituriyent Laçının intihar məktubu yayılıb, məktubda imtahan nəticəsinə görə ailəsindən və xüsusi ilə atasından şiddətli reaksiya gördüyünü və ailəsinin onu anlamadığını qeyd edən qızcığaz intihar səbəbini açıqlayıb.