2019-cu ildə öldürülən jurnalistlərin sayı açıqlandı

0
185

2019-cu ildə 49 jurnalist öldürülüb ki, onlardan az qismi silahlı münaqişələrin olduğu bölgələrdə qeydə alınıb.

Terefsiz.az xəbər verir ki, bu barədə “Sərhədsiz Reportyorlar” (Reporters Without Borders) təşkilatının illik hesabatında məlumat verilir.

2019-cu ildə jurnalistlər üçün ən təhlükəli ölkələr – Suriya, Meksika, Əfqanıstan, Pakistan və Somalidir.

Bundan əlavə, 2019-cu ildə 57 mətbuat işçisi oğurlanıb. Jurnalistlərdən biri Ukraynanın cənub-şərqində, digərləri isə Suriya, Yəmən və İraqda naməlum şəraitdə itkin düşüb.

Cari ildə peşə fəaliyyətinə görə həbs olunan jurnalistlərin azadlıqdan məhrumedilmə faktı 2018-ci illə müqayisədə, 12 faiz artıb. Hazırda 389 jurnalist və media işçisi peşə fəaliyyətlərinə görə həbsxana həyatı yaşayır.