2019-cu ilin 100 ən nüfuzlu şəxsi

0
326

Terefsiz.az saytı xəbər verir ki, ABŞ-da nəşr olunan “Time” dərgisi 2019-cu ilin 100 ən nüfuzlu şəxsinin siyahısını təqdim edib.

Bu gün dərginin saytında həmin şəxslər “Liderlər”, “Artistlər”, “Səcdəgahlar”, “Öncüllər” və “Azmanlar” bölmələri üzrə təqdim olunub.

Belə ki, “Liderlər” bölməsinə ABŞ Prezidenti Donald Tramp, İsrailin Baş naziri Binyamin Netanyahu, Roma papası Fransisk, Çinin dövlət başçısı Si Cinpin, İtaliyanın Baş nazirinin müavini Matteo Salvini, Venesuela müxalifətinin lideri Xuan Quaido kimi şəxslər daxil edilib.

“Artistlər” bölməsində amerikalı aktyor və prodüser Dueyn Consonla yanaşı, Rəmi MalikMahirşələ ƏliEmiliya KlarkRecina KinqYalitza Aparisio kimi simalar da var.

“Səcdəgahlar” arasında müğənnilər Teylor Svift və Ledi Qaqa, ABŞ-ın sabiq Prezidenti Barak Obamanın xanımı Mişel Obama, rejissor Spayk Li, rəssam David Hokni, dizayner Pier Paolo Piççolikimilərin adı çəkilir.

“Azmanlar” arasında misirli futbolçu Məhəmməd Salah, basketbolçu LeBron James, “Facebook”un təsisçisi və rəhbəri Mark Sukerberq, qolfçu Tayger Vuds, ABŞ Federal Ehtiyatlar Sisteminin sədri Cerom Pauell kimi adlara rast gəlirik.

Terefsiz.az