Həsir çantalar
Məşhur dəb bloqerləri həsir çantalardan əl çəkmir. 2019 qarderobunuzda həsir çantalara yer verməyi unutmayın.
Modern idman ayaqqabıları
Keçən il markalar özünəməxsus idman ayaqqabıları istehsal etdilər. Artıq idman ayaqqabıları hündürdaban ayaqqabılar qədər cəlbedici hesab olunur. 2019-da idman ayaqqabıları daha modern görüntü alacaq.
Velosiped şortikləri
Bella Hadid, Kendall Jenner kimi məşhurların üstünlük verdiyi velosiped şortikləri günlük tərzə çevrildi.
İri aksesuarlar
2019-da trend olan məhsullardan olacaq.
İlan dərisi dizaynı
İlan dərisi çantalar, ayaqqabılar, donlar. Bəbir dərisi dizaynına alternativ olan ilan dərisi 2019-a damğasını vuracaq.
Oval eynəklər
Eynək alanda oval eynəklərə üstünlük verin, çünki 2019-un trendlərindən hesab olunur.
Mərcan
Mərcan 2019-cu ilin trend rəngi olacaq. Bir çox marka artıq bu rəngdə məhsullar istehsal etməyə başlayıb.
Terefsiz.az