2020-ci ilin tətil günləri açıqlandı

0
337

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) Kollegiyasının müvafiq qərarı ilə 2020-ci ilin iş vaxtı norması və istehsalat təqvimi təsdiq edilib.

Terefsiz.az xəbər verir ki, ƏƏSMN-dan APA-nın sorğusuna cavab olaraq bildirilib ki, 2020-ci ildə aşağıdakı günlər iş günü hesab edilmir:

1, 2 yanvar – Yeni il bayramı; 20 Yanvar – Ümumxalq Hüzn günü; 8 Mart – Qadınlar günü; 20, 21, 22, 23, 24 mart – Novruz bayramı;

9 May – Faşizm üzərində Qələbə günü; 24,25 may – Ramazan bayramı; 28 May – Respublika günü; 15 İyun – Azərbaycan xalqının Milli Qurtuluş günü;

26 İyun – Azərbaycan Respublikasının Silahlı Qüvvələri günü; 31 iyul,1 avqust – Qurban bayramı; 9 Noyabr – Azərbaycan Respublikasının Dövlət Bayrağı günü

31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi günü.

Məlumatda bildirilir ki, 2020-ci ildə həftələrarası istirahət günlərinin iş günləri hesab olunmayan bayram günləri ilə üst-üstə düşməsi və iş və istirahət günlərinin yerdəyişməsi ilə əlaqədar olaraq beşgünlük iş həftəsində 3, 6 yanvar, 9, 25, 26 mart, 11, 26 may, 3 avqust tarixləri, altıgünlük iş həftəsində 3 yanvar, 9, 25 mart, 26 may tarixləri istirahət günləridir.

Əmək Məcəlləsinin 105-1-ci maddəsinə əsasən, Milli Məclis deputatlarının, Azərbaycan Respublikası Prezidentinin, Azərbaycan Respublikasında bələdiyyə üzvlərinin seçkiləri, həmçinin referendum zamanı səsvermə günü seçki (referendum) keçirilən ərazidə iş günü hesab edilmir. Səsvermə günü qanunvericiliyə uyğun olaraq müəyyən edilir.

Əmək Məcəlləsinin 105-ci maddəsinin 5-ci hissəsinə əsasən, həftələrarası istirahət günləri və iş günü hesab olunmayan bayram günləri üst-üstə düşərsə, həmin istirahət günü bilavasitə bayram günündən sonrakı iş gününə keçirilir.