Rəsmi Bakı Şri-Lankadakı terror aktlarını pisləyib

0
481

Azərbaycanın Xarici İşlər Nazirliyi (XİN) aprelin 21-də Şri-Lankada törədilmiş terror aktlarını pisləyib.

Terefsiz.az xəbər verir ki, bu barədə XİN-in rəsmi “Facebook” səhifəsinə yerləşdirilən məlumatda deyilir.

“Şri-Lankada kilsə və mehmanxanalara çoxsaylı günahsız insanların həlak olması və yaralanması ilə nəticələnən dağıdıcı terror hücumlarını qınayırıq. Şri-Lanka xalqına və ölənlərin ailələrinə dərin hüznlə başsağlığı verir, yaralılara tezliklə şəfa tapmalarını diləyirik”, – deyə nazirliyin məlumatında qeyd olunub.

Terefsiz.az