Ev HAVA 3 gündə müşahidə olunacaq hava şəraiti açıqlanıb

3 gündə müşahidə olunacaq hava şəraiti açıqlanıb

0
1931

Növbəti 3 gündə müşahidə olunacaq hava şəraiti açıqlanıb

 

Azərbaycanda növbəti yanvarın 5, 6 və 7-də müşahidə olunacaq hava şəraiti açıqlanıb.

 

Bu barədə  Milli Hidrometeorologiya Xidmətinin Proqnozlar bürosunun direktoru Gülşad Məmmədova məlumat verib.

Onun sözlərinə görə, 5 və 6 yanvar tarixlərində Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir: “Lakin 6-sı səhər saatlarında yarımadanın bəzi yerlərində qısamüddətli az yağış yağacağı ehtimalı var. Mülayim cənub-qərb küləyi ayın 6-da arabir güclənən şimal-qərb küləyi ilə əvəz olunacaq. Küləyin maksimal sürəti bəzi yerlərdə 25-30 m/s-yə çıxacaq. Axşama doğru külək zəifləyəcək. Havanın temperaturu günorta saatlarında 8 -13 dərəcə isti olacaq”.

G.Məmmədova qeyd edib ki, bölgələrdə də yanvarın 5-i günün birinci yarısında əsasən yağmursuz hava şəraiti proqnozlaşdırılır. Lakin gündüz qərb rayonlarından başlayaraq 6-sı səhərədək arabir yağıntılı olacağı, dağlıq ərazilərdə qar yağacağı gözlənilir.

Xidmət rəsmisi bildirib ki, ayrı-ayrı yerlərdə – Naxçıvan Muxtar Respublikası, Qarabağ və Şərqi Zəngəzur bölgəsində və Quba, Qusar zonasında yağıntıların intensiv olacağı ehtimal edilir: “6 yanvarda gündüz saatlarından yağıntıların dayanacağı, 7 yanvar tarixində isə əksər rayonlarda yağmursuz hava şəraitinin olacağı gözlənilir. Qərb küləyi bəzi bölgələrdə arabir 25 -30 m/s-dək güclənəcək. Havanın temperaturu Aran rayonlarında günorta saatlarında 10 -15 dərəcə isti, dağlıq rayonlarda isə 2 dərəcə şaxtadan 2 dərəcəyədək isti olacaq”.

Terefsiz.az