30 gün təcavüz edilir, qaçmaq istəyənlər edam olunur – Terrorçulardan dəhşətli əməl

0
284

Terefsiz.az -ın məlumatına görə, son üç ildə PKK-YPG-PYD terror təşkilatının qaçırdığı qadınlardan 1150-si qaçmağa nail olub.

Terror təşkilatından xilas olan qadınlar başlarına açılan oyunları danışıblar. Onların sözlərinə görə, qaçırılan qız uşaqları və qadınlara qarşı insanlıqdan kənar hərəkətlər edilir.

Məlumatlara görə, bu günə qədər terrorçular tərəfindən qaçırılan qadınların 79 faizi 15-22 yaş arasında olub.

Terrorçuların qurbanları bildiriblər ki, qaçırıldıqdan sonra Kandilə aparılıblar və 30 gün müddətində burada təcavüzə məruz qalıblar. Buradan qaçmaq istəyənlərə isə “casus” damğası vurulub və edam ediliblər.

Onlar terrorçular tərəfindən son beş ildə səkkiz qadının edam edildiyini, 11 qadının isə intihar etdiyini qeyd ediblər.

Hamilə olan qadınların isə daha böyük işgəncə görürlər. Onların hamiləliyi zorla sonlandırılır.