30 il sonra Zəngilanda ilk dəfə “Son zəng” çalınıb

0
95

30 il sonra Zəngilanın Ağalı kənd tam orta məktəbinin məzunları üçün ilk dəfə “Son zəng” çalınıb.

“Terefsiz.az” xəbər verir ki, bu barədə Elm və Təhsil Nazirliyi paylaşım edib.

Belə ki, dörd nəfər məzun üçün bu gün “Son zəng” tədbiri keçirilib.

Qeyd edək ki, 2022-2023-cü tədris ilində ümumi təhsilin tam orta təhsil səviyyəsini Elm və Təhsil Nazirliyinin strukturuna daxil olan ümumi təhsil müəssisələrində təxminən 100 min nəfər məzun olub.

terefsiz.az