30 İsrail əsgəri xərçəngə düçar olub

0
283

İsrailin Havadan Müdafiə Qüvvələrində xidmət keçən 30 əsgər onkoloji xəstəliklərdən əziyyət çəkir.

Terefsiz.az saytı xəbər verir ki, bu haqda İsrailin 13-cü TV kanalının müxbiri Adam Şafir məlumat yayıb.

O bildirib ki, xərçəngə düçar olanların əksəriyyəti “Dəmir günbəz” raketlərdən müdafiə qurğularını istismar edib.

Əsgərlər xəstəliklərinin hərbi xidmətlə bağlılığın olub olmamasını hökümətdən araşdırmağı tələb edirlər.

Ehtimal olunur ki, radarların şüalanması xərçəngə səbəb olub.

Terefsiz.az