4 yaşlı uşağını qonşuya tapşıran ana evində İNTİHAR ETDİ

0
374

Türkiyənin Dənizli şəhərinin Çivril qəsəbəsində 26 yaşlı gənc qadın, 4 yaşlı oğlan övladını qonşusuna tapşırdıqdan sonra özünü öldürüb.

Terefsiz.az Sondakika.com-a istinadən xəbər verir ki, evində özünü tavandan asaraq intihar etdiyi iddia edilən Fatma K.-nın meyitini qonşuda olan 4 yaşlı oğlu aşkar edib. Uşaq qapısı açıq olan evlərinə qayıtdıqda tavandan anasının asılmış cansız bədəni ilə qarşılaşıb. Hadisə bu gün səhər saatlarında baş verib.

Polislər gənc ananın intiharının səbəbini araşdırır.