” 4000 PİLLƏ ” – NEMƏT MƏTİN

0
4952

Dörd min pillə

Hər gün olduğu kimi yenə səhər işə gedirəm. Bəli, məhz gedirəm. Bu proses məni yorur. Sanki, ilan məni udub, sonu görünməyən tuneldə yol gedirəm. Hələ bunun yol bitdikdə yuxarı dırmanmağı var. İki kilometr hündürə qalxmalıyam. O qədər çıxıb düşmüşəm ki, pillələrin sayını da əzbərləmişəm. Düz dörd min tutacaqdan tutub qalxıram. Fövqəladə bir hadisə olmasa gündə iki dəfə pillələrdən istifadə edirəm. Bir işə gedəndə, bir də işdən gələndə. Bu da edir səkkiz min tutacaq. Səkkiz min pillə. Bir tərəfdən idmandır. Kökəlməyə qoymur. Digər tərəfdən isə eşşək kimi yoruluram. Məndən başqa hamı rahat yaşayır. Bizim qəsəbənin bütün sakinləri uça bilir. Yəni, məndən başqa hamı…
Uşaqlıqda valideynlərim, bibilərim, əmilərim və dayım uça bilməyim üçün daha nələr etmədilər. Məni aparmadıqları falçı qalmadı. Pirləri, ocaqları gəzdirdilər. Qurban kəsdilər. Sədəqə verdilər. Bir molla uçmaq duası da yazdı. Xeyiri olmadı. Uçmadım ki, uçmadım. Bütün sinif, tələbə yoldaşlarım uçdu. Mən isə sürünməyimə davam etdim. Uça bilmədiyim üçün qızlarla tanış ola bilmədim. Dostlar da uçub getdi. Tənhayam. Təkəm. Bir kimsə dərdimə çarə tapa bilmədi.
Qəsəbəmizdə uçmağı öyrənmək üçün kurslar yoxdur. Çünki tək mən uça bilmirəm. Atam bir gün dedi ki, bütün dünyanın insanları uça bilir. Səndən başqa. Mənə çox pis təsir etdi. Özümü əzilmiş, yararsız hiss edirəm. Bu günə qədər.
İşdə hamıdan çox işləyirəm. Onlar saat beşdə uçub gedir. Mən isə yolun dərdindən səkkizə qədər işləyirəm. Adamın allahı var. Maaşımı çox verirlər. Çünki çox işləyirəm. Pul yığıb xarici ölkələrə getmək istəyim reallığa oxşamır. Öz ölkəmizin digər yaxın şəhərlərini gəzmişəm. Lənətə gəlmişlərin hamısı uçur. Mən kimdən zəifəm? Qanadları da yoxdur. Sadəcə uçurlar.
Günlərin bir günü təyyarə satan şirkətə zəng elədim. Təyyarə almaq asanlaşmışdı. Demək olar heç kim təyyarə almırdı. Axı, hamı uça bilir. İstədikləri yerə uçub qayıdırlar. Uçağın qiyməti xeyli aşağı düşüb. Şirkətində zənglərə cavab verən xanım uça bilmədiyimi biləndə təyyarə ala bilməyəcəyimi dedi. Səbəbi isə bu oldu ki, birdən qəza olsa uçub canınızı xilas edə bilməyəcəksiniz. Dəstəyi asdım…
Hətta mağazalar da binaların damında tikilib. Pilləkanları dırmaşmamaq üçün hər şeyi evə sifariş verirəm. Babam deyir ki, o vaxtlar taksi var idi. İndi olsaydı istədiyin ünvana aparardı səni. Minik maşınlarından xeyli söhbət elədi.
Uçanlar sürətlə uçur deyə hər yerə tez çatırlar. Bircə mən gecikirəm. Gecikməyəndə isə evdən tez çıxmalı oluram. Günüm yollarda keçir. Yolda söhbət etməyə bir bəndə tapmıram. Adamlar azğınlaşıb. Uça bilmədiyimi bilənlər başıma müxtəlif şeylər atırlar. Papağımı oğurlayıb qaçanlar da az olmayıb. Daha papaq taxmıram.
Otuz yaşım var. Bir xanımla tanış ola bilmirəm deyə sekslə məşğul olmaq üçün fahişəxanalara üz tuturam. Yenə yol, yenə pilləkənlər. Ailə quracağıma da inanmıram. Uça bilmək üçün iş yoldaşlarımın məsləhətini dinləyirəm. Uçmağa çalışsam da alınmır. Uça bilmədiyimi maksimum gizlədirəm. İşdən gec getməyimin bir səbəbi də budur. Amma işdə bir nəfər bildi bəs edir. Hamı biləcək. Yaxşıdır, cəmi beş nəfərik. Dörd nəfər mənə yadplanetli kimi baxır. Çalışıram fikir verməyim.
Uçmaq başqaları üçün adiləşib. Mən isə uçmağa möcüzə kimi baxıram. Hər həftə çərpələng uçurmasam ürəyim sıxılar. Bəzən əclaflar qayçı ilə ipi kəsirlər, sonra da uçub aradan çıxırlar. Amma mən yenə də ipi düyünləyib zövq almağa davam edirəm. Mənim yerimə çərpələng uçur. Mən də özümü xoşbəxt hiss edirəm.
Bu gün hər həftə olduğu kimi sevdiyim işlə məşğul olmaq zamanı gəldi. Yeni aldığım çərpələngi yaxşı-yaxşı düzəldib bayıra çıxdım. Külək o qədər də sərt əsmir. Hava əsl mən istəyəndir. Çərpələngi yerə qoyub ipdən yapışdım. Qaçmağa başladım. Çərpələng göyə qalxdıqca ipi uzatdım. Günəşin qarşısını tutan çərpələng necə də gözəldir, — deyə düşündüm. Yarım saata yaxın mən çərpələngə baxdım, çərpələng də mənə. Gözlərim yorulmaq bilmirdi. Sanki, özümün uçmağını seyr edirdim. Birdən uçan adamlardan biri çərpələngin yanında göründü. Üzünü turşudaraq güldü. Pis iş tutacaq adamlar kimi hırıldayırdı. Çərpələngi qayçı ilə kəsdi. Amma çərpələngi tutub saxladığı üçün yerə düşmədi. İp başından vurulan ilan kimi yerə sərildi. Əsəbimdən məni əsməcə tutdu. O, əclafı nə tuta bilərdim, nə də başqa bir şey edə bilərdim. Daş atsaydım da çatmazdı. Uçub getdi. Çərpələngimi də apardı. Məyus halda iş yerimə egtdim. Binanın divarına bərkidilmiş nərdivana çatdım. Dörd min pilləni bir nəfəsə qalxdım.  İş ofisimiz yerləşən bina ən hündür binalardan biri olduğundan oranı seçdim. Binanın üstündən aşağı baxanda ürəyim bulandı. Arxaya çəkilib qusdum. Əlimin içi ilə ağzımı silib binanın kənarına gəldim. Artıq heç nə istəmirdim. Sadəcə bütün olacaqlar olmasın. Bitsin əzab dolu həyatım. Hamı kimi ola bilməmək adamı dəli edir. Belə yaşaya bilmərəm. İlk və son dəfə uçmaq üçün özümü qabağa verdim. Şikarına hücum edən qartal kimi aşağıya doğru uçuram. Qorxudan gözlərim yumuldu. Göz qapaqlarımı açanda yerdən çox-çox hündürdə olduğumu gördüm. Çərpələngi qayçı ilə kəsdi. Amma çərpələngi tutub saxladığı üçün yerə düşmədi. İp başından vurulan ilan kimi yerə sərildi. Əsəbimdən məni əsməcə tutdu. O, əclafı nə tuta bilərdim, nə də başqa bir şey edə bilərdim. Daş atsaydım da çatmazdı. Uçub getdi. Çərpələngimi də apardı. Məyus halda iş yerimə egtdim. Binanın divarına bərkidilmiş nərdivana çatdım. Dörd min pilləni bir nəfəsə qalxdım.  İş ofisimiz yerləşən bina ən hündür binalardan biri olduğundan oranı seçdim. Binanın üstündən aşağı baxanda ürəyim bulandı. Arxaya çəkilib qusdum. Əlimin içi ilə ağzımı silib binanın kənarına gəldim. Artıq heç nə istəmirdim. Sadəcə bütün olacaqlar olmasın. Bitsin əzab dolu həyatım. Hamı kimi ola bilməmək adamı dəli edir. Belə yaşaya bilmərəm. İlk və son dəfə uçmaq üçün özümü qabağa verdim. Şikarına hücum edən qartal kimi aşağıya doğru uçuram. Qorxudan gözlərim yumuldu. Göz qapaqlarımı açanda yerdən çox-çox hündürdə olduğumu gördüm. Uçmağı öyrənmişdim.

NEMƏT MƏTİN

 

terefsiz.az