Azərbaycan Ordusunun baş giziri Ağayev Elman Ağamoğlan oğlu qəfildən dünyasın dəyişib.
Terefsiz.az-ın məlumatına görə, dünən sakini olduğu Biləsuvar rayonuna, ailəsinə baş çəkməyə gələn hərbçi bu gün evində qəfildən ürəktutmadan vəfat edib.
Qeyd edək ki, 1979-cu il təvəllüdlü baş gizir E.Ağayev 22 il Silahlı Qüvvələrimizdə xidmət edib. O, Aprel və Tovuz döyüşlərinin iştirakçısı olub. Vətən muharibəsində də yaralanan hərbçimiz “Kəlbəcərin azad olunmasına görə” medalı ilə təltif olunmuşdu.
Ailəli idi, 3 övladı var.