Hollandiya “Eurovision-2019” mahnı müsabiqəsinin qalibi oldu.

0
237

Hollandiya “Eurovision-2019” mahnı müsabiqəsinin qalibi oldu.

“Eurovision-2019” mahnı müsabiqəsində ölkələr üzrə tamaşaçı səsverməsi də başa çatdı.

Terefsiz.az saytı xəbər verir ki, 41 ölkə üzrə həm münsiflər heyətinin, həm də tamaşaçı səsverməsinin nəticələrinə görə, Hollandiya 492 xalla 1-ci olub. Ölkəni təmsil edən Dunkan Lourens “Arcade” adlı mahnısı ilə həm münsiflərin, həm də tamaşaçıların səsverməsinə görə müsabiqəni lider kimi tamamlayıb. İkinci yeri 465 xalla İtaliya təmsilçisi Mahmud, 3-cü yeri isə 369 xalla Rusiya təmsilçisi Sergey Lazarev tutub.

Qeyd edək ki, Azərbaycanı “Truth” mahnısı ilə təmsil edən Çingiz Mustafayev 297 xalla müsabiqəni 7-ci yerdə bitirib.

Terefsiz.az