5 yaşında təcavüzün qurbanı oldu!

0
885

Türkiyədə 5 yaşında təcavüzə uğramış uşaq həyatını itirdi.

Terefsiz.az saytı xəbər verir ki, İstanbul Küçükçekmecede 5 yaşında olan uşaq təcavüzə məruz qalmışdır. Lakin uşaq aldığı xəsarətlərdən həyatını itirmişdir.

Türkiyə məşhurları və sadə insanlar 5 yaşında uşağın təcavüzə məruz qalma hadisəsinə kəskin etiraz bildirmişdir.

Etirazlarını müxtəlif şəkildə sosial şəbəkələrdə ifadə edən insanlar ən çox aşağıdakı fikirlərlə etiraza dəstək olmuşdur:

” Henüz 5 yaşında
Saçları maşalı, gözleri sürmeli değildir
Henüz 5 yaşında
Dolgun göğüsleri ,yuvarlak kalçaları yok
Henüz 5 yaşında
Uzun bacakları topuklu ayakkabıları yok
Henüz 5 yaşında
Sana kur yapamaz
İşve cilve yapamaz
İsteklerine cevap veremez
Henüz 5 yaşında
Sahi ne yaptı da tahrik etti
Gözündeki yaştan mı tahrik oldunuz anne baba diye bağırmasından mı
Henüz 5 yaşında ellerinizin altında kuş gibi çırpınışlarından mı tahrik oldunuz
Henüz 5 yaşında
Kalbinde korkudan atmanın yorgunluğu
Vücudunda bıraktığınız izler
Koruyamadığı için anne babasına bile güvenmeyen bir zihin
Sahi 5 yaşında değil mi henüz sadece 5 yaşında
Allah sizi kahretsin 5 yaşında lan 5 yaşında kanı bozuk soysuz it şimdi seni idam etseler seni dilim dilim doğrasalar sönermi yürekdeki yangınlar(BANA BİRİ AÇIKLASIN BU FOTOĞRAFI BU BEBEĞİN ANASINA BABASINA KİM NE CEVAP VEREBİLİR😥😥😥) “

Onu da qeyd etmək lazımdır ki, şəkildə uşağın nə qədər əzab çəkərək həyatını itirdiyi diqqətdən yayınmır. Uşaq ölərkən, gözündə qalan yaş insanın ürəyini dağlayır.

Terefsiz.az saytı kollektivi olaraq biz də təcavüzə son deyirik! Etirazımızı isə bütün təcavüzə məruz qalan uşaqlara həsr edilmiş şeirlə ifadə edirik:

” Pis Əmilər “

Mənim gözəl donum var,
Üstündə çiçəkləri
Hərəsi başqa cürə
Fərqli idi rəngləri
İndi donum bulaşıb
Toz olub, torpaq olub
İndi donum bulaşıb
Qan olub, çirkab olub.
O əmi bulaştırdı
Məni əlimdən tutdu
Uzaqlara apardı
Hər gizləndiyim zaman
Məni anam tapardı
Bu dəfə tapammadı
Dadıma çatammadı
Orda heç kəs yox idi
Bir mən bir əmi idi
Dedi ki gəl oynayaq
Oynamaq istəmədim,
O əmi pis əmidir
Məni döydü ,ay ana
Ağzım da tutmuşdu
Qoymadı ki çığıram
Mən anamı çağıram.
Donum bütün qan olub
Məni bağışla ana
Allah baba yorulub
Çatammadı dadıma
Yolma o saçlarını,
Yolma ay mənim anam,
Söz verirəm sənə mən
Daha pis əmilərlə
Oynamaram, ay ana.
Allah baba dedi ki
Qorxma daha sən burda
Pis əmilər qaldı anan olan dünyada.

Bənövşə Mahmudqızı

Terefsiz.az