“Facebook” 58 hesab bağlayıb

0
178

“Facebook” şirkəti üç “İnstagram” hesabı daxil olmaqla 51 hesab, 36 səhifə və yeddi qrup silib.

Terefsiz.az məlumatına görə, buna səbəb İranın güya arxasında durduğu əlaqələndirilmiş fəaliyyət olub.

Facebook xəbər verir ki, bloklanmış hesabların sahibləri özlərini məşhur amerikalı və britaniyalı siyasi xadimlər kimi tanıdıb.

Həmin şəxslər onların adından İslam, İrandakı ərəb azlıqları, Səudiyyə Ərəbistanının Yaxın Şərqdindəki nüfuzu kimi mövzular haqqında müzakirələr aparıb.

Şirkətdə etiraf edirlər ki, bu addım kompyuter təhlükəsizliyi üzrə ixtisaslanmış “FireEye” şirkətindən gələn xəbərdarlığa əsasən atılıb.

İstinad: Trend.az

Terefsiz.az