İngiltərə çempionu müdafiəçisi ilə uzunmüddətli müqavilə imzalayıb

0
140

İngiltərənin “Mançester Siti” komandası futbolçusu Kayl Uokerlə müqavilənin müddətini uzadıb.

Terefsiz.az klubun saytına istinadən xəbər verir ki, 29 yaşlı cinah müdafiəçisi yeni sözləşməyə əsasən 2024-cü ilin yayına qədər “şəhərlilər”in formasını geyinəcək.

Qeyd edək ki, Kayl Uoker 2017-ci ildə “Tottenhem”dən “Mançester Siti”yə keçib. O, komanda ilə 2017/2018 və 2018/2019 mövsümündə ölkə çempionu olub.

Terefsiz.az