69 azərbaycanlı İrandan qayıda bilmir – Güclü Qar…

0
350

Güclü qar və şaxta səbəbindən ölkəyə qayıda bilməyən 69 Azərbaycan vətəndaşı İranın şimalında yerləşən Gilan vilayətinin Astara rayonunda ziyarət məkanları və məscidlərdə yerləşdiriliblər.

Məsələ ilə bağlı  Terefsiz.az-a açıqlama verən Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) mətbuat katibi Leyla Abdullayeva bildirib ki, bununla bağlı Azərbaycanın İrandakı səfirliyinə hər hansı müraciət daxil olmayıb.

Qeyd edək ki, İranın Astara rayonu Xeyriyyə Məsələləri üzrə İdarəsinin direktoru Cəmşid Məhdəvi 69 azərbaycanlının qar səbəbindən ölkəsinə qayıda bilmədiyini açıqlamışdı.