Azərbaycan Avropa Oyunlarında üçüncü qızıl medalını qazandı

0
178

Azərbaycan qadın güləşçisi Mariya Stadnik II Avropa Oyunlarının qalibi olub.

Terefsiz.az saytı xəbər verir ki, -50 kq çəki dərəcəsində mübarizə aparan olimpiya mükafatçısı final görüşündə həmyerlisi ukraynalı Oksana Livaçla üz-üzə gəlib və ona 7:1 qalib gəlib.

Azərbaycanın daha bir qadın güləşçisi “Minsk 2019”da medal qazanıb.

57 kq çəki dərəcəsində yarışan idmançı bürünc medal uğrunda görüşdə türkiyəli Gün Bediha ilə üz-üzə gəlib.

Rəqibini məğlub edən (9:4) Kolesnik bürünc medala sahib olub.

Bu gün həmçinin Elmira Qəmbərova final və Sabirə Əliyeva bürünc medal uğrunda görüşə çıxacaq.

Qeyd edək ki, bu, Azərbaycan idmançılarının II Avropa Oyunlarındakı üçüncü qızıl medalı olub. Daha öncə sərbəst güləşçilər – Mahir Əmiraslanov (-57 kq) və Hacı Əliyev (-65 kq) qızıl medal əldə edə bilib. 

İstinad: oxu.az

Terefsiz.az