8 yaşlı balaca həmvətənimiz niyə Rusiya həbsxanalarına düşdü.

0
524

Qəlbi vətən sevgisiylə döyünən yaşından və cinsindən asılı olmayaraq, ölkə hüdudları xaricində də vətən deyərək yaşayır.

Son bir neçə həftədir ki sosial şəbəkələri  videolarındakı çıxışları ilə ələ alan balaca Mehdinin ailəsini rusiyada Qarabağ təbliğatı və vətənpərvər çıxışlarına görə həbs ediblər. Rusiyada güclü icmaya sahib olan ermənilər 8 yaşlı uşağın həbsinə necə müvafiq olublarsa, onun iləsiylə birlikdə Azərbaycana deportasiyasına da beləcə nail olublar. Sosial şəbəkələrdə videoları, oxuduğu məktəbdə Qarabağ işğalı, ölkədə qaçqın və məcburi köçgünlərin vəziyyətindən, eləcə də işğal zamanı soydaşlarımızın amansıca qətliyamdından danışan Mehdi artıq ermənilərə “xoş” gəlməməyə başladığından onu ailəsiylə bir yerdə həbs etdiriblər. 8 yaşlı uşağı hətta Rusiya qanunvericiliyində hansı maddələrə görə həbs etməsi şəxsən mənim üçün müəmmalı qalır. Əlbəttə, əlində hətta qanunvericiliyi belə öz məkirli əməllərinə tabe etməyi bacaran ermənilər üçün bu su içmək qədər asan bir məsələ idi. Həmvətənlərimizin yardımı ilə həbsdən azad edilsələr də, Rusiya hüdudlarından xaric olunmaqları onları vətənə qaytarıb. Hal-hazırda təbliğatını davam etdirən balaca Mehdi, tədbirlərdə gözəl Qarabağımız haqda muğamlar ifa edir. Atası işsizlikdən əziyyət çəkdiyindən, ailə çətin vaxtlar yaşayır. Belə çətin günlərdə onların yanında olmağı hər bir vətənpərvər şəxs üçün vacib hesab edirəm.

Video faktor.az saytı tərəfindən hazırlanıb.

Müəllif: Xanım Əliyeva

TEREFSİZ.AZ