“800 hektar itirdik, indi də Tavuşda…” – Ermənistanda itkilərə görə ETİRAZLAR BAŞLANDI

0
114
Tovuz döyüşlərində itkilərini gizlədən Ermənistanda narazılıq yaşanır.
Terefsiz.az xəbər verir ki, buna səbəb öldürülən erməni hərbçilərin ailələrinə yardımın edilməməsidir.
Sosial şəbəkələrin erməni seqmentində bu məsələ ətrafında iki qrup var: bir qrup keçmiş müdafiə naziri Viqen Sarkisyanın dövründə yaradılan və orduya dəstək məqsədilə hər kəsdən toplanan 1000 dramın yığıldığı fondun ölən və yaralanan hərbçilərə maliyyə yardımı ayırmasını tələb edir, hakimiyyətə yaxın digər qrup isə buna qarşı çıxır və bildirirlər ki, “bizim mübarizəmiz var”.
Erməni fəal Marine Manuçaryan Feysbuk səhifəsində bu haqda yazır: “Son döyüşlərdə öldürülən və yaralanan hərbçilərin ailələrinə kompensasiyasının verilməsinə qarşı çıxırlar. Burada deyərlər ki, 29 ildir respublikamız var, həmişə qaraçı olmusunuz və qaraçı olaraq qalacaqsınız”.
Manuçaryan daha sonra “aprel müharibəsi”ndə Azərbaycanın əraziləri azad etməsini xatırladaraq, Paşinyana yaxın qrupları tənqid edir.
“Buna inanmayacaqsınız, amma 800 hektar (əslində 2000 hektar ərazi azad olunub-red) itirildikdən sonra Jirayr Sefilyan Tavuş xəttində irəli getmək istəyir”, – erməni fəal yazır.
Qeyd edək ki, erməni hərbi birləşmələrinin Tovuz istiqamətində təxribat hücumu işğalçı ölkənin yüzlərlə hərbiçinin və çoxsaylı texnikasının məhv edilməsi ilə nəticələndi.
(publika.az)