9 marşrutun istiqaməti dəyişdirildi

0
113

Nəsimi rayonu 28 May küçəsində mövcud dəmir yolu körpüsünün sökülməsi ilə əlaqədar avtomobillərin sözügedən küçənin Yusif Səfərov və Kövkəb Səfərəliyeva küçələri arasında yerləşən hissəsi ilə hərəkəti məhdudlaşdırıldığından bəzi müntəzəm marşrut xətləri üzrə avtobusların hərəkət sxemi də dəyişdirilib.

TEREFSİZ.AZ xəbər verir ki, bu barədə  Bakı Nəqliyyat Agentliyindən məlumat verilib.

Belə ki, 1, 2, 4, 21, 30, 32, 46, 49 və 175 nömrəli marşrutların hərəkət istiqamətləri müvəqqəti dəyişdirilərək alternativ küçələrdən, yəni Üzeyir Hacıbəyov, Kövkəb Səfərəliyeva və Puşkin küçələri ilə təşkil ediləcək.