2014-cü ildə evlənən cütlük türkiyəli müğənni Kenan Doğulu və həyat yoldaşı aktrisa Beren Saat haqqında yeni bir iddia səsləndirilib.
Terefsiz.az saytı Türkiyə mediasına istinadən xəbər verir ki, Beyaz TV-nin “Beyaz Maqazin” adlı proqramında aparıcı Canan Danyıldız bir neçə həftə əvvəl xəstəxanaya aparılan Beren Saatın HİV virusuna yoluxduğunu iddia edib. O bildirib ki, aktrisaya bu virus Kenan Doğuludan keçib.
Qeyd edək ki, uzun müddətdir boşanacaqları iddia edilən cütlükdən bununla bağlı açıqlama verilməyib.
Terefsiz.az