Filadelfiya Polis İdarəsi narkotacirlərə qarşı keçirilən əməliyyat zamanı 7 hüquq-mühafizə əməkdaşının yaralandığını bildirib.
“The Sun” bu haqda məlumat yayıb.
Terefsiz.az saytı xəbər verir ki, 7 yaralanmış asayiş keşikçisi və xəsarət almış digər əməkdaşlar xəstəxanaya yerləşdirilib.
Əməliyyat davam edir: cinayətkarlardan biri hələ də binadadır və ara-bir atəş açır. Polis onu təslim olmağa çağırır.