Keçmiş məmur intihar etdi

0
198

Qubada keçmiş məmur özünü asaraq intihar edib.

Terefsiz.az saytı “Report” – a istinadən xəbər verir ki, hadisə Quba şəhəri 5-ci məhəllə ünvanında baş verib. 

Belə ki, 1959-cu il təvəllüdlü Canpolad Abbasov özünü yaşadığı evin həyətində asaraq intihar edib.

C.Abbasov əvvəllər İcra Hakimiyyətində yüksək post tutub.

Faktla bağlı araşdırma aparılır.

Terefsiz.az