Fahriye Evcendən cavab

0
191

4 ay öncə oğlu Karanı dünya gətirən türk aktrisası Fahriye Evcen aldığı kilolar səbəbilə sosial mediada təndiqlərin hədəfi olub.

Terefsiz.az saytı xəbər verir ki, izləyicilərdən bəziləri analığın ona çox yaraşdığını desələr də, bir çox insan aktrisanın baxımsız halını tənqid atəşinə tutub.

Fahriye isə bütün yazılanlar qarşısında səssizliyini pozmağa qərar verib. O, İnstaqram hesabında “hər ana, hər qadın çox gözəldir” deyə, yazıb.

Cütlüyə yaxın mənbənin sözlərinə görə, Fahriye evinin bir otağını idman otağına çevirib və həftədə 3 dəfə məşqçi nəzarətində idmanla məşğul olur.

Qeyd edək ki, Türkiyənin ən sevilən cütlüklərindən olan Fahriye Evcenlə Burak Özçivit 2015-ci ildə evlənib.

Terefsiz.az