Qazaxıstanda qadın uşaqlarını iki ay yarımlıq ara ilə dünyaya gətirdi

0
189

Qazaxıstanlı 29 yaşlı Liliya Konovalova uşaqlarını iki ay yarımlıq ara ilə dünyaya gətirib.

Terefsiz.az RİA-nın məlumatına istinadən bildirir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi xəbər verib.

Nazirlik “Facebook” hesabında qeyd edib: “Uralın perinatal mərkəzində unikal hadisə baş verib. Liliyanın qızı 25-ci həftəsində, oğlu isə iki ay, 16 gün sonra dünyaya gəlib”.

Bu unikallıq qadının anatomik xüsusiyyətləri ilə izah olunur. Belə ki, Liliyanın iki uşaqlıq orqanı var.

Nazirlik bu vəziyyətdə həkimlərin rolunu xüsusi qeyd edib: “Statistikaya görə, belə hallarda sağlam uşağın dünyaya gəlməsi 50 milyonda birə bərabərdir. Lakin həkimlərin peşəkarlığı sayəsində həm ana, həm də uşaqlar yaxşıdırlar”.

25-ci həftəsində dünyaya gəlmiş qızın çəkisi 850 qram, boyu 42 sm-dir. Vaxtında dünyaya gəlmiş oğlanın çəkisi isə 2900 qram, boyu 50 sm-dir.

istinad:oxu.az