Əfqanıstanda toyda partlayış olub: 40-dan artıq ölən var 

0
162

Terefsiz.az saytı xəbər verir ki, Əfqanıstanın paytaxtı Kabil şəhərində keçirilən toy mərasimi zamanı baş vermiş partlayış nəticəsində azı 40 nəfər ölüb, 100 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Bu barədə “BNO News” yerli mətbuata istinadən xəbər verir.

İlkin məlumata görə, hadisəni terrorist özünü partladaraq törədib.

Partlayışla bağlı məsuliyyəti hələ heç bir qruplaşma üzərinə götürməyib.

Hadisə yerli vaxtla saat 22:40-da baş verib. Şahidlərin sözlərinə görə, hadisə vaxtı zal qonaqlarla dolu olub. Mənbə qurbanların sayı haqqında hələlik məlumat vermir.

Qeyd olunur ki, Əfqanıstanda adətən toylarda bir neçə yüz adam iştirak edir.

Terefsiz.az