Ottava meri homoseksual olduğunu etiraf etdi – Trüdodan dəstək gəldi

0
177
Canadian Prime Minister Justin Trudeau high fives a robotic hand as he takes part in a robotics demonstration at Kinova Robotics in Boisbriand, Quebec, Canada March 24, 2017. REUTERS/Christinne Muschi

Ottava meri Cim Votson homoseksual olduğunu etiraf edib.

O, “coming out”u  “Ottawa Citizen” nəşrində edib.

Terefsiz.az saytı xəbər verir ki, 58 yaşlı Votson uzun müddət açıq gey olmaq qərarı ilə mübarizə apardığını və etirafın ailəsi, dostları və siyasi tərəfdarları ilə əlaqələrinə necə təsir edəcəyinə şübhə etdiyini bildirib.

Mən geyəm. Bəli, mən dedim, daha doğrusu yazdım. Bu iki sözü səsləndirmək üçün mənə təxminən 40 il vaxt lazım oldu”, deyə Votson yazıb.

Kanadanın Baş naziri Justin Trüdo Cim Votsonu etirafından sonra dəstəkləyib.

“Mən əminəm ki, Ottava sakinləri və bütün kanadalıları necə olduqlarından çəkinməməyə ruhlandıracaq cəsarətli sözlərdir”, – deyə Trüdo özünün “twitter” səhifəsində yazıb.

Terefsiz.az