“Grace 1” neft tankeri Hibraltarı bu gün axşam tərk edə bilər

0
193

Böyük Britaniyanın azadlığa buraxdığı “Grace 1” neft tankeri Hibraltarı bu gün axşam tərk edə bilər.

Terefsiz.az saytı xəbər verir ki, bunu İranın Böyük Britaniyadakı səfiri Həmid Baidinejed özünün “Twitter” səhifəsində yazıb.

Qeyd edək ki, iyulun 4-də İrana məxsus “Grace 1” neft tankeri Hibraltarda Böyük Britaniya tərəfindən ekipaj ilə birlikdə həbs edilmişdi.

Diplomatik danışıqlardan sonra Böyük Britaniya İran gəmisini azad etdi. Lakin bundan sonra ABŞ-ın Kolumbiya dairə məhkəməsi İrana məxsus “Grace 1” neft tankerinin həbs edilməsi barədə qərar çıxardı.

Terefsiz.az