İraqda partlayış nəticəsində onlarla insan xəsarət alıb.
Bu barədə Terefsiz.az saytı “İhlas” xəbər agentliyinə istinadən xəbər verir.
Məlumata görə, hadisə Babil ərazisində baş verib. Əl-Müseyibbazarında bomba yüklənmiş motosiklet partladılıb.
Nəticədə 28 nəfər yaralanıb. Yaralılar xəstəxanalara yerləşdirilib. Onlardan bəzilərinin vəziyyətinin ağır olduğu bildirilir.
Hadisəyə görə məsuliyyəti heç bir qruplaşma üzərinə götürməyib.
Terefsiz.az