NASA agentliyi Aya ilk qadın astronavtı göndərəcək

0
246

 Terefsiz.az saytı xəbər verir ki,  NASA artıq 2024-cü ildə reallaşdırılacaq Ay missiyasını anons edib. Həmin missiya çərçivəsində amerikalı astronavtlar ayın cənub qütbünə ayaq basacaqlar. Bir neçə müddət bundan öncə isə NASA agentliyi həmin missiyada iştirak edəcək insanlar barəsində məlumat verib.

Belə ki, agentlik bildirib ki, 2024-cü ildə reallaşdırılacaq Ay missiyası çərçivəsində Yer kürəsinin peykinə tarixdə ilk dəfə olaraq qadın astronavt göndəriləcək.

Bu barədə Space.com saytı xəbər verib.

Qeyd etmək lazımdır ki, keçmiş əsrdə olmuş bütün Apollo missiyalarında yalnız kişilər iştirak ediblər. Onlardan çoxusu isə öz karyeralarına ABŞ-ın hərbi hava qüvvələrində başlamışdılar.

    NASA agnetliyinin rəhbəri olan Jim Bridestine bildirib ki, 2024-cü ildə Aya minimum bir qadın astronavt göndəriləcək. Onun sözlərinə əsasən Artemis (Artemida) adını əldə etmiş Ay proqramı gələcəkdə olacaq missiyanın iştirakçılarına işarə edir.

Belə ki, qədim Yunan mifologiyasında Artemida Ay tanrısı və günəş tanrısı olan Apollon-un əkiz bacısı hesab olunurdu.

“NASA rəhbəri kimi bunun mənim üçün niyə vacib olduğunu sizlərə deyim. Mənim qızımın 11 yaşı var və mən istəyirəm ki, o, uşaqlıqdan bəri hansı imkanlara sahib olduğunu görsün” – deyə NASA rəhbəri bildirib.

Qeyd etmək lazımdır ki, Artemis missiyası əvvəlki Ay missiyalarından təkcə iştirakçılara görə fərqlənməyəcək.

    Əvvələr Ay səthinə enişin əsas məqsədi texnoloji üstünlüyün sərgilənməsi idi. İndi isə NASA Ayda insanların daimi olmalarını planlaşdırır. Bununla yanaşı, agentlik 2028-ci ilə kimi Ayın orbitində Gateway adlı kiçik kosmik stansiyanın istifadəyə verilməsini, gələcəkdə isə Yer-in təbii peykindən Marsa uçuşların reallaşdırılması üçün test platforması kimi istifadə etməyi planlaşdırır.

NASA 2030-cu illərin sonuna kimi insanları Marsa göndərməyi nəzərində tutub. “Ola bilər. Sadəcə ola bilər ki, Marsa ilk ayaq basan şəxs məhz qadın olsun” – deyə NASA rəhbəri əlavə edib.

Terefsiz.az