Madridin “Real” klubunun hücumçusu Qaret Beyl futbol üzrə İspaniya Primerosunun III turunda “Vilyarreal” ilə səfər matçında dublunu (2:2) rəsmiləşdirib.
Terefsiz.az saytı “Championat.com” – a istinadən xəbər verir ki, 30 yaşlı valliyalı üçün bu qollar “qaymaqlar”ın heyətində 103 və 104-cü olub.
Forvard bu göstəriciyə görə məşhur braziliyalı Ronaldoya çatıb və onunla klubun legionerlər arasında ən yaxşı bombardirləri siyahısında 7-ci yeri bölüşdürür.
“Real” tarixində ən yaxşı legioner bombardirlər:
1. Kriştianu Ronaldu — 450 qol
2. Alfredo Di Stefano — 308
3. Ferents Puşkaş — 241
4. Kərim Benzema — 224
5. Uqo Sançes — 208
6. Qonsalo İquain — 121
7. Ronaldo, Qaret Beyl — 104.
Terefsiz.az