Bir neçə gün əvvəl futbolçu karyerasını başa vuran “Fənərbaxça”nın qapıçısı Volkan Demirel məşqçiliyə başlayıb.
Terefsiz.az saytı xəbər verir ki, 37 yaşlı veteran qolkiper 17 il çıxış etdiyi “Fənərbaxça”nın məşqçilər korpusunda yer alıb. Bu barədə klubun rəsmi saytı məlumat yayıb.
Türkiyə millisinin sabiq üzvü İstanbul təmsilçisinin ötən gün keçiriən məşqində baş məşqçi Ersun Yanal tərəfindən komanda üzvlərinə təqdim olunub. Volkanın baş məşqçinin köməkçilərindən biri kimi fəaliyyət göstərəcəyi diqqətə çatdırılıb.
Terefsiz.az