Sahibkarlara güzəştli kreditlər verilməsi üçün əlavə limitlər ayrıldı

0
241

İqtisadiyyat Nazirliyinin Sahibkarlığın İnkişafı Fondunun Müşahidə Şurasının növbəti iclası keçirilib.

 

Terefsiz.az saytı xəbər verir ki, Nazirlikdən verilən məlumata görə, iclasda İqtisadiyyat Nazirliyinin Sahibkarlığın İnkişafı Fondu ilə əməkdaşlıq edən müvəkkil kredit təşkilatlarının müraciətlərinə baxılıb və onlara əlavə kredit limitlərinin ayrılması təmin edilib.

Müvəkkil kredit təşkilatları üçün müəyyən edilən kreditlər əsasən, kənd təsərrüfatı məhsullarının istehsalı və emalına, heyvandarlığın, quşçuluğun, intensiv bağçılığın, istixana komplekslərinin inkişafına, sənaye məhsullarının istehsalı sahələrinin, soyuducu anbar kompleksinin yaradılmasına və s. yönəldiləcəkdir.

Bu kreditlərdən istifadə etməklə investisiya layihələrinin reallaşdırılması kiçik və orta biznesin iqtisadiyyatda rolunun artırılmasına və yeni iş yerlərinin açılmasına əhəmiyyətli töhfə verəcəkdir.

Müşahidə Şurasının iclasında Fondun fəaliyyəti ilə bağlı cari məsələlərin müzakirəsi aparılıb və müvafiq qərarlar qəbul edilib.

Qeyd edək ki, İqtisadiyyat Nazirliyinin Sahibkarlığın İnkişafı Fondunun Müşahidə Şurası Fondun fəaliyyətinə ümumi rəhbərliyi və nəzarəti həyata keçirir, eləcə də Fondun vəsaitinin iqtisadiyyatın sahələri və iqtisadi rayonlar üzrə səmərəli yerləşdirilməsi üzrə prioritet istiqamətləri müəyyənləşdirir.

Müşahidə Şurasının sədri İqtisadiyyat nazirinin müavini Sahib Məmmədovdur.

İstinad: oxu.az

 

Terefsiz.az