Gürcüstanın yeni müdafiə və daxili işlər nazirləri əsas prioritetlərini açıqlayıblar

0
230

Terefsiz.az saytı xəbər verir ki, Gürcüstanın yeni müdafiə naziri İrakli Qaribaşvili əsas prioritetlərini açıqlayıb.

“Report”un Gürcüstan bürosu xəbər verir ki, o, ölkənin müdafiə qüvvələrinin daha da güclənməsi üçün çalışacağını bildirib.

Nazir deyib ki, müdafiə qüvvələrinin vahid orqanizm və bir ailə olması üçün əlindən gələni əsirgəməyəcək.

İ.Qaribaşvilinin sözlərinə görə, müdafiə sahəsində həyata keçirilməsi nəzərdə tutulan islahatlar yaxın gələcəkdə ictimaiyyətə təqdim olunacaq.

Nazir qeyd edib ki, əsas fəaliyyət istiqamətlərindən biri müdafiə sənayesini yeni inkişaf mərhələsinə çatdırmaq olacaq.

Yeni daxili işlər naziri Vaxtanq Qomelauri öz növbəsində bildirib ki, insanların və deputatların etimadını doğrultmağa çalışacaq. O, Daxili İşlər Nazirliyində böyük kadr dəyişikliklərinin planlaşdırılmadığını bildirib. V.Qomelauri qurumda kiçik dəyişikliklərin olacağını istisna etməyib.

Terefsiz.az