Qadın ona xəyanət edən sevgilisindən qisas almaq üçün iki övladını suda boğdu

0
261

Rusiyanın Kamçatka vilayətində iki azyaşlı uşağın qətli ilə bağlı cinayət işi başlanılıb.

Faciə sentyabrın 9-da, səhər saatlarında baş verib.

27 yaşlı qadın beş yaşlı oğlunu və yaş yarımlıq qızını özünə bağlayaraq Kraşeninnikov buxtasına girib. Ətrafdan keçən insanlar uşaq qışqırıqlarını eşidərək, polisə və xilasedicilərə məlumat veriblər.

Hüquq-mühafizə orqanları və xilasedicilər hadisə yerinə gəldikdən sonra qadına qayıq vasitəsilə çata biliblər. Beş yaşlı uşağın meyiti sudan çıxarılıb, yaş yarımlıq qız isə reanimasiyada ölüb. Qadını isə həyata qaytarmaq mümkün olub. Hazırda onun saxlanılması ilə bağlı məsələ müzakirə edilir.

Terefsiz.az saytı xəbər verir ki, Kamçatka vilayətinin hüquq-mühafizə orqanlarının məlumatına əsasən, qadın onunla münasibətdə olan kişinin xəyanətindən xəbər tutduqdan sonra uşaqlarını boğmaq qərarına gəlib.

Yekaterina adlı qadın uşaqlarının atasının ailəli olduğunu və başqa qadınlarla da görüşdüyünü öyrənib. Qonşuların dediyinə görə, bunu eşidən qadın ağlını itirib.

Terefsiz.az