Apple şirkətinin artırılmış reallıq eynəyi üzərində çalışması üzrə yeni sübutlar aşkar edilib.

0
183

 Terefsiz.az saytı xəbər verir ki, yeni iPhone 11-in təqdimatından sonra Apple şirkəti iOS 13.1 və iPadOS əməliyyat sistemlərinin növbəti beta versiyalarını təqdim etdi. Əməliyyat sistemlərinin ümumi stabil iş prosesi ilə performansları artıblar.

Lakin Steve Troughton-Smith adlı tərtibatçı sistemin kodunda Apple şirkətinin AR cihaz üzərində çalışması ilə bağlı növbəti sübutu aşkar edib. Bu barədə Engadget saytı xəbər verib.

    Belə ki, tərtibatçı tərəfindən sistem kodunda aşkar edilmiş readme faylının daxilində yeni cihaz üçün AR tətbiqlərin işə salınması prosesi təsvir edilib.

Digər bir tərtibatçı da həmçinin iOS 13.0 gold və iOS 13.1 əməliyyat sistemlərinin beta versiyalarında Apple StarBoard adlı sistem funksiyasını aşkar edib.

Həmin funksiya da hansısa cihaz üçün AR tətbiqlərin işə salınması üçün nəzərdə tutulub. Gözləntilərə əsasən Apple şirkəti öz ilk AR eynəyini 2020-ci ildə təqdim edəcək.

Terefsiz.az