“The Walt Disney Company”nin rəhbəri “Apple”dən getdi – rəqabət başlayır.

0
186

Terefsiz.az saytı xəbər verir ki, “The Walt Disney Company” kinostudiyasının rəhbəri Robert Ayger “Apple” şirkətinin Direktorlar Şurasının tərkibindən çıxıb. 

Bu barədə “The Hollywood Reporter” jurnalı yazıb.

Jurnalın məlumatına görə, Ayger sentyabrın 10-da “Apple”də vəzifəsini şirkət tərəfindən “Apple TV+” (noyabrın 1-də işə başlacaq – red.) video servisinin təfərrüatları açıqlandıqdan sonra tərk edib.

Qeyd edilir ki, videoservis noyabrın 12-dən “The Walt Disney Company” tərəfindən yayımlanacaq “Disney+”un rəqibi olacaq.

“Apple” öz bəyanatında direktorlar şurasında çalışdığına görə Aygerə təşəkkür edib və “Disney” ilə əməkdaşlığın davam edəcəyinə ümidvar olduğunu bildirib.

Terefsiz.az