Ukrayna müdafiə xərclərini 10 milyard dollara çatdıracaq.

0
146

Terefsiz.az saytı xəbər verir ki, Ukrayna höküməti 2020-ci il büdcə layihəsində 245 milyard qrivnadan çox vəsaiti müdafiə və təhlükəsizlik məsələlərinə ayırıb.  

RBK verdiyi məlumata əsasən ki, bu haqda ölkənin maliyyə naziri Oksana Markarova bildirib.

“Biz 245,8 milyard qrivnanı müdafiə və təhlükəsizliklə bağlı qurumlara yönəltməyi nəzərdə tutmuşuq”, – deyə nazir bildirib.

Onun sözlərinə görə, bu sahə büdcə xərclərinin prioritet istiqaməti hesab olunur.

Sentyabrın 15-də Nazirlər kabineti “Ukraynanın 2020-ci ilə dövlət büdcəsi haqqında” qanun layihəsini Ali Radaya təqdim edib.

Terefsiz.az