“Bakıda bizim üçün çətin olacaq” – Xulen Lopeteqi

0
167

“Birinci hissədə gücü rəqibə qarşı yaxşı oynadıq. İkinci hissədə bizə daha çətin oldu. Rəqib yaxşı oynadı. Çox əziyyət çəkdik və layiq olduğumuz üç xalı qazandıq”.

Terefsiz.az-ın məlumatına görə, bu sözləri “Sevilya”nın baş məşqçisi Xulen Lopeteqi La Liqanın 4-cü turunda “Alaves”ə 1:0 hesabı ilə qalib gəldikləri oyundan sonra klubun saytına deyib.

O, Avropa Liqasının qrup mərhələsinin ilk turunda “Qarabağ”a qarşı keçirəcəkləri matç haqda da danışıb: “Futbolçularımdan daim yüksək temp tələb edirəm. Komandada əlaqə yüksək səviyyədədir. Ancaq boşluqlardan lazımi səviyyədə yararlana bilmədik. Lider olmaq hələ heç nə demək deyil. Komanda hər şeyi düzgün edir.Bakı səfəri öncəsi daha yaxşı vəziyyətə gəlməliyik. Çünki orda bizim üçün  çətin olacaq. Çox həyəcanlıyıq. Avropa arenasında ilk oyunumuz olacaq”.

Qeyd edək ki, Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək “Qarabağ” – “Sevilya” görüşü sentyabrın 19-u saat 20:55-də başlayacaq.