Messi oynaya bilər – Həkimlər razılıq verdi

0
203

“Barselona”nın futbolçusu Lionel Messi Çempionlar Liqasının qrup mərhələsinin 1-ci turunda “Borussiya” ilə matçın ikinci hissəsində meydana daxil ola bilər.

Terefsiz.az-ın İspaniya mətbuatına istinadən yaydığı xəbərə görə, komandanın baş məşqçisi Ernesto Valverde argentinalı hücumçuya şans verməyi düşünür.Kataloniya klubunun həkimləri də 32 yaşlı oyunçunun Dortmund klubu ilə görüşdə iştirakına razılıq veriblər.

Qeyd edək ki, “Borussiya” – “Barselona” qarşılaşması bu gün Bakı vaxtı ilə  saat 23:00-da başlayacaq.